Gəncədə 11-ci sinif şagirdi bıçaqlanıb.
“Qafqazinfo”nun məlumatına əsasən, hadisə Gəncədə yerləşən çayxanaların birində baş verib.
İlkin məlumata görə, onu məktəb yoldaşı bıçaqlayıb.
Belə ki, Ə.İslamzadə aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib, daha sonra evə buraxılıb. Onun vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.