Almaniya Bundesliqasında nadir hadisə yaşanıb.
Offsideplus.az xəbər verir ki, çempionatın üç nəhəngi – “Bavariya”, “Borussiya Dortmund” və “Bayer Leverkuzen” eyni turda və eyni gündə məğlub olub. Sonuncu dəfə belə bir hal 18 il əvvəl qeydə alınmışdı.
Belə ki, Münhen təmsilçisi “Boxum"a 3:2 hesabı ilə, “Borussiya Dortmund" “Auqsburq”a 1:0 hesabı ilə, Xabi Alonsonun yetirmələri isə “Verder Bremen”ə 2:0 hesabı ilə məğlub olub.
Qeyd edək ki, turnir cədvəlinə "Bavariya" 61 xalla başçılıq edir. Ən yaxın izləyicisi Leverkuzen təmsilçisi 53 xalla 2-ci yerdədir. Dortmundlular isə 35 xalla 10-cu yerdə qərarlaşıb.