Fevralın 24-də Türkiyə Superliqasında "Qalatasaray" və "Fənərbağça" arasındakı prinsipial oyunu (0:0) idarə etmiş sloveniyaı hakim Slavko Vinçiçə daha bir çətin təyinat gəlib. 

Offsideplus.az xəbər verir ki, FIFA referisi bu dəfə Almaniyaya yollanır. O, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində "Bayer" - "Bavariya" qarşılaşmasında ədalət psinsiplərini qorumağa çalışacaq. 

Oyun sabah Leverkuzen şəhərindəki "BayArena"da Bakı vaxtilə 00:00-da başlanacaq. İlk matçda "Bavariya" 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qalatasaray" rəhbərliyi və məşqçilər korpusu Slavko Vinçinn İstanbul derbisindəki idarəçiliyindən narazı qalmışdılar. Onlar sloveniyalı referinin bir sıra epizodlarda obyektiv qərarlar çıxarmadığını bəyan etmişdilər.