“Oktyabr gələcək və Gürcüstan prezidenti Mixeil Qavelaşvili tərəfindən təyin edilmiş özünüidarəetmə seçkilərində hamının iştirak edəcəyini görəcəyik”ş
Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun qeyd etdiyi kimi, müxalifət kənardan idarə olunur və onların bəyanatları Gürcüstan iqtisadiyyatını sarsıtmaq məqsədi daşıyır.
“Marionet müxalifət tamamilə kənardan idarə olunur. Bu günlərdə də onların bir neçə paytaxtı gəzdiyini, göstərişlər aldığını müşahidə etmiş olardınız. Bilmirəm, bir hissəsi gəlib, bir hissəsi hələ də ordadır. Onların Gürcüstan iqtisadiyyatını necə sarsıtmalı, terroru necə təşkil etməli və sairlə bağlı bəyanatlarını artıq görürük. Bununla bağlı Zurab Caparidzenin bəyanatlarını nəzərdə tuturam. Ona görə də seçkilərə gəlincə, əlbətdə, burada da marionetlər kimi tamamilə göstərişlərdən asılıdırlar. Lakin, son nəticədə onların siyasi bəyanatlarının o qədər də əhəmiyyəti yoxdur. Oktyabr gələcək və özünüidarəetmə seçkilərində iştirak edəcəyik”, – Şalva Papuaşvili bildirib.