Tramp Rusiyaya qarşı sanksiyaları yumşaltmağı müzakirə edib.
ABŞ Prezidenti Donald Trampın müşavirləri artıq Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldılması barədə mümkün variantları işləyirlər.
Operativ Media xəbər verir ki, bu barədə “Blumberq” müzakirələrlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Həmçinin neftin qiymətinə məhdudiyyətlərin yumşaldılmasının mümkün variantları üzərində işlənildiyidə vurğulanıb.