32 yaşlı rusiyalı döyüşçü, orta ağır çəkidə UFC çempionu Maqomed Ankalayev hansı halda ağır diviziona keçəcəyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, ötən gün Aleks Pereyraya qalib gələrək çempion titulunu əldə edən idmançı yeni açıqlaması ilə gündəmə gəlib. O, nə vaxt ağır çəkidə döyüşəcəyiylə bağlı suala belə cavab verib:
“Hələ ağır çəkiyə keçmək istəmirəm. Sadəcə söhbətdi. Məsələn, Pereyranın Cons və ya Aspinalla həqiqətən döyüşə biləcəyini düşünmürəm.
Bu döyüşçülərin yaxşı güləşi var və güclüdürlər. Biz bilirik ki, Aleks bir yumruqçudur. Onun döyüşdüyü döyüşçülərin hamısı eynidir. Rəqiblərinin çoxu döyüşməkdən qorxurdu və bu onlara təsir edirdi.
İndi bu bölmədəki sualları bağlamalıyam. Pereyra revanş istəyirsə, biz bunu edə bilərik. Ancaq başqa döyüşçülərdə var. Mən bu divizionda bütün məsələləri bağlamaq istəyirəm, sonra biz ağır çəkidə böyük döyüşlər təşkil edə bilərik”.
Qeyd edək ki, dünən baş tutan UFC 313 turnirində orta ağır çəkidə Pereyra və Anklayev döyüşdü. Nəticədə rusiyalı rəqibinə qalib gəldi və ort ağır çəkinin yeni çempionu adını qazandı.