AZ

U-17 millimizin Albaniya və Uelslə oyunlar üçün heyəti açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) martın 11-dən 14-nə qədər Bakıda təlim-məşq toplanışı keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, millimiz martın 14-də, saat 13:00-da, “Sumqayıt Arena”da “Sumqayıt”ın U-19 komandası ilə yoxlama oyununda üz-üzə gələcək.

U-17 yığmamız martın 15-dən 25-nə qədər də Albaniyada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Komandamız B Liqasının 6-cı qrupunda meydan sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Artıq millimizin qarşıdakı toplanış və oyunlar üçün heyəti də məlumdur. Baş məşqçi İlham Allahverdiyev heyətə 20 futbolçu cəlb edib.

Milliyə çağırılmış futbolçuların siyahısını və oyunların təqvimini təqdim edirik:

  1. Rauf Əyyubov – Sabah
  2. Elbrus Kərimov – Marset (İspaniya)
  3. Murad Qurbanov – Zirə
  4. Həzrət Səmədov – Sabah
  5. Səttar Tahirzadə – Marset (İspaniya)
  6. Tuncay Əhmədov – Marset (İspaniya)
  7. Amin Rzayev – Qarabağ
  8. Fərid Cabbarlı – Zirə
  9. Nadir Nəsibli – Marset (İspaniya)
  10. Muhamməd Çodarov – Marset (İspaniya)
  11. Tunar Muradov – Turan Tovuz
  12. Əli Qazibəyov – Qarabağ
  13. İbrahim Babayev – Servett 1890 (İsveçrə)
  14. Vüsal Kərimov – Neftçi
  15. Abdulaziz Cabbarlı – Qarabağ
  16. Ariz Kərimov – Qəbələ
  17. Tunar Rzayev – Marset (İspaniya)
  18. İslam Həsənov – Qrafiçar (Serbiya)
  19. Əhməd Vəliyev – Qarabağ
  20. Əli İbrahim – Qarabağ

Millimizin oyunlarının təqvimi:

19 mart
18:00. Azərbaycan – Albaniya
“Elbasan Arena”.

22 mart
15:00. Uels – Azərbaycan
“Elbasan Arena”.

Seçilən
22
arena.az

1Mənbələr