Ötən ildə bank müştəriləri cari hesablar üzərindən 694.7 milyon köçürmə həyata keçirib, bu köçürmələrin ümumi məbləği isə 456.8 milyard manat olub.
Valyuta.az xəbər verir ki, əvvəlki illə müqayisədə bu göstəricilər sırasıyla 91,1% və 20,4% artıb.
Yalnız rəqəmsal bankçılıq vasitəsilə edilən köçürmələr ümumi köçürmələrin 93,5%-ni təşkil edib, həmçinin bu üsul ilə həyata keçirilən köçürmələrin həcmi 77,4%-ə çatıb.
Keçən ilə nisbətən rəqəmsal bankçılıqla edilən köçürmələr 2,1 dəfə çoxalıb və həcmi 17,2% artıb.
Əlavə olaraq, internet bankçılıq xidmətləri ilə edilən köçürmələr 21% artaraq 274.7 milyard manata çatıb, mobil bankçılıq vasitəsilə həyata keçirilən köçürmələr isə 38% artaraq 63.9 milyard manata yüksəlib.
Maya Hüseynova