“Mançester Siti”nin özbəkistanlı müdafiəçisi Abdukodir Xusanov İngiltərə klubunun hansı futbolçusu ilə daha çox ünsiyyətdə olduğunu deyib.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in yeni transferinə olduqca maraq böyükdür. Ona verilən sualların birində isə kollektivdə kiminlə daha çox ünsiyyətdə olduğu soruşulub. O, komandada ən çox Vitor Reis ilə vaxt keçirdiyini bildirib.
Qeyd edək ki, bu mövsüm “Mançester Siti”nin özbək müdafiəçisi Abdukodir Xusanov yeni klubunda bütün turnirlərdə 7 oyunda iştirak edib və 1 qol vurub. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.