Əlverişsiz hava şəraiti və güclü qar səbəbindən Qazaxıstanın paytaxtı Astanaya nəzərdə tutulan uçuşların bir çoxu ləğv edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"-a istinadən bildirir ki, bu barədə Nursultan Nazarbayev Beynəlxalq Hava Limanı məlumat yayıb.
Məluatda bildirilir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Astana hava limanında 84 uçuşdan 6-sı və gələn 86 reysdən 8-i gecikir.
Perronun və uçuş-enmə zolağının təmizlənməsi üçün 23 ixtisaslaşmış texnika cəlb olunub.
Mehman Mehdiyev