Müğənni Murad Arif “Səs Azərbaycan”ın xərçəngdən əziyyət çəkən iştirakçısı Qəşəm Cəfərovla bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Murad Arif izləyicilərindən Qəşəmə maddi dəstək olmalarını istəyib:
“Dünən “Səs Azərbaycan”da istedadlı Qəşəm Cəfərovla tanış oldunuz. Onun səhətində problemlər var. Xahiş edirəm Qəşəmi həyatda saxlayaq”.
Qeyd edək ki, Qəşəm Röya Ayxanın komandasında yarışır.