AZ

Xankəndi və Şuşada əmək yarmarkaları keçiriləcək

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində DövlətMəşğulluq Agentliyi “Azəriqaz” İstehsalat Birliyi ilə birgəXankəndi və Şuşa şəhərlərində əmək yarmarkaları keçirəcək.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyiməlumat yayıb.

Bildirilib ki, yarmarkalar Xankəndidə martın 11-də saat 10:00-daQarabağ Regional Məşğulluq filialının Xankəndi şəhər xidmətşöbəsinin inzibati binasında (Xankəndi şəhəri, Abbasqulu AğaBakıxanov küçəsi, 47), Şuşada isə martın 12-də saat 10:00-da DövlətXidmətləri Mərkəzinin inzibati binasında, (Şuşa şəhəri, Zəfərküçəsi, 3) təşkil olunacaq.

Tədbirlərdə “Azəriqaz” İB-nin Qarabağ Regional Qaz İstismarıİdarəsinin Şuşa və Xankəndi şəhərləri üzrə xidmət sahələrində olanqaz təsərrüfatında qəza bərpa işlərinin çilingəri, nəzarət ölçücihazları və avtomatika üzrə çilingər, qaz təsərrüfatınınnəzarətçisi, anbardar, usta və s. işlər üzrə vakansiyalar təqdimediləcək.

Seçilən
33
3
az.trend.az

10Mənbələr