Rusiya və ABŞ yaxın günlərdə Səudiyyə Ərəbistanında danışıqlar aparmalı deyildi.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, [təsdiq edə] bilmərəm. Kremlin sözçüsü müvafiq suala “Bu, doğru deyil” deyə cavab verib.
CNN daha əvvəl Rusiya və ABŞ nümayəndə heyətlərinin danışıqların yeni mərhələsi üçün bu həftə Səudiyyə Ərəbistanında görüşəcəyini bildirmişdi. Eyni zamanda telekanalın mənbəsi danışıqlarda kimin iştirak edəcəyini söyləməkdən imtina edib. Görüşlərin həm Rusiya, həm də Ukrayna nümayəndələri ilə baş tutacağı gözlənilirdi.
Peskovdan başqa, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyi də təkzib edib. Xüsusilə, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, bu həftə Rusiya və ABŞ nümayəndələri arasında Səudiyyə Ərəbistanında danışıqların yeni mərhələsi planlaşdırılmır.