AZ

Samarada Neft Emalı Zavodu vuruldu

Martın 10-na keçən gecə Ukrayna pilotsuz təyyarələrlə Rusiyanın Samara vilayətinin Novokuybışevsk şəhərində Neft Emalı Zavoduna hücum edib.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın OSINT layihəsi olan Exilenova+ məlumat yayıb.

Məlumata görə, müəssisədə yanğın qeydə alınıb.

Qubernator Vyaçeslav Fedorişev VKontakte şəbəkəsində hücumu təsdiqləyib, lakin dronların konkret hədəfinin adını çəkməyib.

Jurnalistlər qeyd edirlər ki, Novokuibışevsk Neft Emalı Zavodu Samara Rosneft qrupunun zavodları arasında ən güclü neft emalı müəssisəsidir. O, Rusiyanın Su-27 və Tu-22M3 hərbi təyyarələri üçün əsas reaktiv yanacaq istehsalçılarından biridir.

Exilenova+ layihəsi Novokuibışevskdən güclü yanğını əks etdirən video və fotoları dərc edib.





Xəbər 162 dəfə oxunub.
Seçilən
21
xezernews.az

1Mənbələr