AZ

“Real Madrid”in aparıcı futbolçusunun durumuna aydınlıq gəlib

Bakı, 10 mart, AZƏRTAC

İspaniya La Liqasının XXVII turunun "Rayo Valyekano" ilə keçirilən oyununda zədələnən Cud Bellingemin durumuna aydınlıq gəlib.

AZƏRTAC xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Karlo Ançelottinin sözlərinə görə, 21 yaşlı ingiltərəli yarımmüdafiəçinin zədəsi ciddi deyil.

“Real Madrid” "Rayo Valyekano”nu 2:1 hesabı ilə məğlub edib.

Seçilən
15
azertag.az

1Mənbələr