AZ

“Turan” uzun illərdən sonra Avropaya qayıdır - Berdiyevə görə yox

Artıq proqnoz vermək olar.

Ki, «Sabah» bu il Premyer Liqa yolu ilə avrokuboklara vəsiqə qazanmayacaq.

Dördüncü yer 99 faiz «Turan Tovuz»da qalacaq. Bu, belə olsa, Tovuz camiəsi Kurban Berdiyevə minnətdarlıq etməməlidir.

Onlar təqribən 20-21 il sonra qitə arenasına dönəcəklər üçün başqa bir rusa - Vasili Berezutskiyə «sağ ol» deməli olacaqlar. İndidən hazırlaşsınlar.

Neçə dəfə demək, xatırlatmaq olar axı: rusiyalı «Sabah»ın ağ atlı oğlanına oxşamır. Bu istəyi onda heç cür görmürəm.

İki cür «Sabah» izləməkdəyik. İddialılarla üz-üzə gələn «Sabah» başqadır, digərləriylə qarşılaşan «Sabah» başqa.

Bu iki «Sabah» arasında o qədər dərin uçurum var ki… Aşağı yuvarlanan oradan sağ çıxmaz, tikəsi ələ gəlməz.

Berezutski son 4 ayda Şamaxıya etdiyi ikinci səfərdən də kefsiz döndü. Onun «Sabah»ı ilk 15-20 dəqiqə ərzində alababat futbol oynadı, qalan vaxtda isə əllərini ağdan-qaraya vurmadılar.

Sıxıldım «Sabah»ın bu periodda oynadığı futboldan. Arada yuxu məni götürüb çox uzaqlara apardı…

Bir də ayıldım ki, rusiyalı çalışdırıcı Anatoli Nuriyevi əvəzləyir, meydandan çıxan vinger hirsindən dodaqaltı deyinir, özünü, əlini ora-bura vurur.

Meydanda olduğu 67 dəqiqə ərzində «Şamaxı»nın qapısına yaxınlaşa, topu o istiqamətə göndərə bilməyən Nuriyev əgər baş məşqçiyə bu formada etiraz edirsə, deməli, nizam-intizam sarıdan problemlər çoxdur kollektiv daxilində.

ELXAN

Seçilən
16
sportinfo.az

1Mənbələr