Məşhur ingilis aktyoru Simon Fişer Beker 63 yaşında dünyasını dəyişib. Onun ölümünü meneceri Kim Barri təsdiqləyib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, BBC üçün çəkilmiş “Puppy Love” serialında Tony Fazakerley obrazı ilə yadda qalan aktyor, eyni zamanda “Harry Potter” və “Fəlsəfə Daşı” filmində Hufflepuff ruhunu canlandırması ilə tanınırdı.
O, həmçinin “Doctor Who” serialında qalaktik qara bazar taciri Dorium Maldovar rolu ilə də tamaşaçıların sevgisini qazanıb.
Bəsti Rəfizadə