Bakının Bayıl qəsəbəsində qeyri-adi hadisə baş verib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb və izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, məlumata görə, bir sürücü yolun ortasında qəribə davranış sərgiləyən piyadanı telefonuna çəkərək paylaşım edib. O, iddia edir ki, piyada qəsdən özünü yola atıb və avtomobilin onu vurmasını istəyib. Lakin sürücü vaxtında dayandığı üçün bu, baş verməyib.
Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil. Hadisə şahidləri və sosial şəbəkə istifadəçiləri bu davranışın məqsədli olub-olmadığını müzakirə edirlər. Bəziləri piyadanın diqqət çəkmək və ya kompensasiya əldə etmək üçün belə davrandığını düşünür, digərləri isə onun psixoloji problemlərinin ola biləcəyini ehtimal edirlər.
Telegram kanalımız