AZ

Donald Tusk ABŞ-ı tərəfdaşlara hörmət etməyə çağırdı

Polşanın baş naziri Donald Tusk sosial mediada ABŞ-ı hətta kiçik tərəfdaşlara belə hörmət etməyə və təkəbbürdən çəkinməyə çağırıb. 

HİT.az xəbər verir ki, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, amerikalı sahibkar İlon Maskla Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Şikorski arasında yaranan mübahisəni belə şərh edib.

"Əsl liderlik tərəfdaşlara və müttəfiqlərə hörmət deməkdir. Hətta kiçik və zəif olanlara da. Təkəbbür olmamalıdır. Əziz dostlar, bu barədə düşünün", deyə Tusk yazıb.

Bir gün əvvəl İlon Mask "Starlink" rabitə sistemini "Ukrayna ordusunun onurğa sütunu" adlandırmışdı. Milyarder qeyd edib ki, əgər onun əlaqəsi kəsilsə, Ukrayna Silahlı Qüvvələrinin cəbhə xətti sadəcə olaraq dağılacaq. O, həmçinin münaqişəyə son qoymaq üçün ukraynalı oliqarxlara qarşı sanksiyaların tətbiqini təklif edib.

Polşanın xarici işlər naziri Radoslav Şikorski cavabında yazıb ki, ölkəsinin Rəqəmsallaşdırma Nazirliyi Ukraynaya "Starlink" üçün ildə təxminən 50 milyon dollar ödəyir. O vurğulayıb ki, "SpaceX" etibarsız tədarükçüsü olduğunu sübut edərsə, Polşa onun əvəzləyicisini axtaracaq.

Mask səssiz qalmayıb və Şikorskini “kiçik adam” adlandırıb. O, həmçinin Polşa Xarici İşlər Nazirliyinin rəhbərinə xatırladıb ki, "Starlink"in əvəzedicisi yoxdur.

Samir

Seçilən
16
hit.az

1Mənbələr