Novruz bayramı ilə əlaqədar olaraq bazarlarda çərəzlərin qiymətləri hər kəsi maraqlandıran suallardan biridir.
“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, bazarlarda aparılan araşdırmalara görə, çərəzlər arasında qiymətlər dəyişir. Bu yerli istehsal və xarici ölkələrdən gətirilən çərəzlərə görə dəyişir.
Belə ki, xarici ölkərdən gətirilən bu növ məhsullar daha münasib qiymətə təklif olunur. Məsələn, Çindən gətirilən şabalıdın 1 kq 8-9 manata təklif olunursa, yerli şabalıdın 1 kq 15-17 manat arası dəyişir.
Özbəkistandan gətirilən qozun 1 kq 7 manat, fındığın 1 kq 6 manata təklif olunursa, yerli qozun 1 kq 10-12 manat, fındığın 1 kq isə 9-10 manatadır.
Çərəzlər arasında ən bahalı olanı isə püstədir ki, onun 1 kq 27-35 manata təklif olunur.
Bazarlarda satılan ləpələrin qiymətləri də müxtəlifdir. Belə ki, yerli istehsal olan və əsasən Qəbələ, Şəkidən gətirilən qoz ləpəsinin 1 kq 15 manatdan, fındıq ləpəsinin 1 kq isə 12 manatdan başlayır. Xarici istehsal olan qoz ləpəsinin 1 kq 12 manatdan başlayır.
Satıcıların sözlərinə görə, yerli məhsulların bu qədər baha olmasının əsasə səbəbi ümumilikdə məhsulun az olmasıdır. Onların həmçinin bilidiriblər ki, yay ayı isti və quraq keçdiyi üçün yerli məhsul da bu səbəbdən bazarlarda azlıq təşkil edir.
Müəllif: Türkan_zadə