AZ

"Hər bir layihənin gerçəkləşməsi üçün təkcə inam kifayət etmir" - Anar Yusifoğlu

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün qrant müsabiqəsində qalib olub.

Birliyin sədri Anar Yusifoğlu bunun yalnız maliyyə dəstəyi olmadığını, eyni zamanda görülən işlərə və həyata keçirilən layihələrə verilən böyük dəyərin göstəricisi olduğunu vurğulayıb:

"Hər bir layihənin gerçəkləşməsi üçün təkcə inam kifayət etmir – bunun üçün güclü iradə və dayanıqlı dəstək sistemi də vacibdir. Sevindirici haldır ki, son illərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məhz belə bir sistemin formalaşmasına nail olub. Son bir il yarım ərzində Agentliyin şəffaf və obyektiv yanaşması, QHT-lərlə sıx əməkdaşlığı, eləcə də dəstək mexanizmlərinin təkmilləşdirilməsi bizim kimi təşkilatların fəaliyyətini daha da gücləndirib. Ədalətli qiymətləndirmə prosesi, real ehtiyaclara uyğun müəyyən olunan qrant prioritetləri və genişmiqyaslı layihələrin dəstəklənməsi QHT sektorunda yeni imkanlar yaradıb və etimad mühitini möhkəmləndirib. Bu gün bu sistemin bir parçası olmaq və dövlət dəstəyini qazanmaq bizim üçün qürurdur.

Agentlik artıq sadəcə qrant ayıran bir qurum deyil. O, vətəndaş cəmiyyətinin inkişafına təkan verən, yeni ideyalara yol açan və şəffaflıq, ədalət prinsiplərini əsas tutan bir platformaya çevrilib. Artıq dəyərli ideyalar diqqətdən kənarda qalmır – hər bir layihə aydın qaydalar əsasında qiymətləndirilir, hər bir təşəbbüs real ehtiyaclara uyğun dəyərləndirilir və hər bir QHT öz səsinin eşidildiyini hiss edir".

QHT olaraq “Eşidilməyən səslər” mövzusuna diqqət ayıracaqlarını bildirən Anar Yusifoğlu dövlət dəstəyinin ədalətli qiymətləndirmə prosesinə əsaslandığını və hər bir təşəbbüsün real ehtiyaclara uyğun dəyərləndirildiyini qeyd edib.

Seçilən
16
qht.az

1Mənbələr