AZ

Gəncə 3-cü MDB oynlarına hazırlaşır

Gəncə şəhərində keşiririləcək 3-cü MDB oyunları ilə əlaqədar güclü yenidənqurma və abadlıq işləri aparılır.

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, Gəncə şəhərində yollar yeni asfalt örtükləri ilə örtülür, binaların fasadları yenilənir, yeni mərkəzlər inşa olunur.

Gəncə şəhərində əsas yer verilən məsələ isə daxili avtomobil yollarının təmiri və tikintisi işləridir. Bu layihəyə əsasən şəhərdə ümumi olaraq 843 000 kvadrat km. uzunluqda yolun təmiri nəzərdə tutulub. Həmçinin, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin bir sıra prospekt və məhəllədaxili yollarının da təmiri planlaşdırılıb.

Eyni zamanda bəzi park və xiyabanlarda təmir, bərpa işlərinin görülməsi planlaşdırılır.

Şəhərdaxili ictimai nəqliyyatın da yenilənməsi layihə proqramının əsasə hissələrindən hesab olunur.

Yenidənqurma işlərinin digər hissəsi isə şəhərin tarixi abidələrinin payına düşür. Belə ki, şəhərin qədim abidələrindən hesab olunan “Şah Abbas” Məscinin və bir sıra digər abidələrin yenidən restovrasiyası planlaşdırılıb.

Eyni zamanda şəhərdə 30-dan artıq bağça və məktəblər təmir olunub, bəziləri isə ümumiyyətlə, yenidən inşa olunub.

Şəhərdə aparılan təmir quruculuq işləri səhiyyə ocaqlarından da yan keçməyib. Belə ki, Zülfüqar Məmmədovun adını daşıyan xəstəxana, Uşaq xəstəxanası və Perinatal mərkəzdə təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

3-cü MDB oyunlarına hazırlaşan Gəncə şəhərində aparılan ən böyük həcmli işlərdən biri isə şəhər stadionunun tikintisidir.

Stadionun ümumi olaraq 15 000 tamaşaçı tutumu olması planlaşdırılır. Burada oyunların açılış və bağlanış mərasimləri, həmçinin, bir sıra idman oyunlarının keçirilməsi nəzərdə tutulub. 9.2 hektar sahəsi olan bu stadionda yüksək keyfiyyətli ot örtüklərindən istifadə olunacaq.

Onu da qeyd etmək lazımdır ki, şəhərdə bütün bu yeniliklərlə yanaşı həmçinin yüksək standartlara cavab verən otel və iaşə obyektləri də tikilir.

Müəllif: Türkan_zadə

Seçilən
19
heftelik.az

1Mənbələr