AZ

ABŞ USAID proqramlarının 83%-ni bağladı


ABŞ dövlət katibi Marko Rubio ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83%-nin bağlandığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, qərar altı həftəlik araşdırmadan sonra verilib.
Rubio əlavə edib ki, ləğv edilən 5200 müqavilə on milyardlarla dolların ABŞ-nin əsas milli maraqlarına xidmət etməyən (və bəzi hallarda zərər vuran) yollara xərclənməsi ilə nəticələnib.
“Konqreslə məsləhətləşdikdən sonra Dövlət Departamenti qalan 1000-ə yaxın proqramı daha səmərəli idarə etmək niyyətindədir”, - Rubio bildirib.
Qeyd edək ki, fevralın sonunda Donald Tramp administrasiyası USAID vasitəsilə xarici yardımın 90%-dən çoxunu dayandıracağını bəyan edib.
Ümumilikdə ABŞ hökuməti təxminən 5800 proqramı dayandırıb.
Martın əvvəlində ABŞ Ali Məhkəməsi hökumətin artıq başa çatmış layihələr üçün USAID vasitəsilə xarici təşkilatlara ödənilməli olan təxminən 2 milyard dolların dondurulması tələbini rədd edib.
Xatırladaq ki, USAID 1961-ci ildə ABŞ Konqresi tərəfindən yaradılan müstəqil Amerika hökumət təşkilatıdır və burada bütün dünyada təxminən 10 000 nəfər işləyir.
Bu, ABŞ hökumətinin beynəlxalq yardım sahəsində əsas qoludur və dünyanın ən yoxsul ölkələrində proqramları maliyyələşdirmək üçün hər il Konqresdən on milyardlarla dollar alır.
Seçilən
29
yeniavaz.com

1Mənbələr