Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvləri İsveç parlamentində İsveç-Ermənistan dostluq qrupu üzvlərinə məktub ünvanlayıb.
Mia.az-ın məlumatına görə, məktubda qeyd edilib ki, işçi qrupun üzvləri İsveç parlamentinin “İsveç-Ermənistan dostluq qrupu” kimi bu il martın 6-da qəbul etdiyi əsassız, qeyri-obyektiv və qərəzli bəyanatı qətiyyətlə rədd edirlər.