AZ

“Mançester Siti” mübarizəyə qoşuldu

“Mançester Siti” “Espanyol”un qapıçısı Joan Qarsiyaya maraq göstərir.

Msport.az xəbər verir ki, 23 yaşlı qolkiperin transferi ilə bağlı danışıqlara bir neçə Avropa nəhəngi hazırlıq görür.

Amma onların arasında “Arsenal” daha əlverişli mövqedədir. İspaniyalı futbolçunun müqaviləsində 25 milyon avro məbləğində sərbəst qalma şərti var. Amma “Espanyol” onu yayda daha aşağı qiymətə sata bilər.

Qeyd edək ki, Joan Qarsiya cari mövsüm bütün turnirlərdə 25 oyunda iştirak edib. Gənc qapıçının kataloniyalılarla müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Seçilən
46
msport.az

1Mənbələr