AZ

Şabranda ana və övladı dəm qazından zəhərlənib, azyaşlı ölüb

Şabran rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir, hadisə zamanı 1991-ci il təvəllüdlü Mövlanverdiyeva Gülay Ramiz qızı və övladı, 2016-cı il təvəllüdlü Mövlanverdiyeva Gül Emin qızı dəm qazından zəhərləniblər. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Gülay Mövlanverdiyeva isə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
26
1
yeniazerbaycan.com

2Mənbələr