AZ

Mask Polşa XİN başçısını aşağıladı: "Sakit ol, balaca adam!" - "Onu bağlasam, bütün cəbhə xəttləri çökəcək"

Milyarder iş adamı və ABŞ Prezidenti Donald Trampın baş müşaviri Elon Mask özünü ölkənin və dünyanın yeni sahibi kimi aparmağa davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, indi də Ukrayna ordusuna peyk internet xidmətləri göstərən Starlink-in bağlanması ilə bağlı qərarına qarşı çıxan Polşa xarici işlər naziri Radoslav Sikorski hədələyib.

Ukraynaya Starlink peyk internet xidmətləri göstərən Mask bu barədə özünə məxsus X sosial media hesabında yazıb: "Mənim Starlink sistemim Ukrayna ordusunun onurğa sütunudur. Onu bağlasam, bütün cəbhə xəttləri çökəcək"

Trampın müşaviri daha sonra peyk internet xidmətləri barədə tənqidi mesaj verən Polşa XİN başçısını Radoslav Sikorski aşağılayıb: "Sakit və səssiz ol, balaca adam. Sən bizə bu xidməytin çox cüzi bir hissəsini - 50 milyon dollarını ödəyirsən. Üstəlik, "Starlink"in əvəzi yoxdur"

Xatırladaq ki, Polşa XİN başçısı deyib ki, "SpaceX" Ukraynada fəaliyyətini dayandıra bilər: "Əgər onların etibarsız bir təchizatçı olduğu ortaya çıxarsa, başqa təchizatçılar axtarmalı olacağıq"

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
15
mia.az

1Mənbələr