Misli Premyer Liqasının 26-cı turunun “Sumqayıt” - “Kəpəz” matçında yaddaqalan hadisə yaşanıb.
QOL.az xəbər verir ki, bu mövsüm 11 oyunluq fasilədən sonra meydan sahibi komanda qol vurub. Qolun müəllifi 20-ci dəqiqədə Roi Kehat olub. Bu matçda ilk qoldur.
Qeyd edək ki, bunadək “Sumqayıt” son qolu 2024-cü ilin noyabrın 30-da “Zirə”yə 1:4 hesabı ilə uduzduğu oyunda vurmuşdu.