Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə “Sumqayıt” “Kəpəz”i qəbul edəcək. Ardıcıl 9 turdur ki, nə qalib gələn, nə də qol vura bilən “Sumqayıt” 22 xalla 8-cidir.
“Kəpəz” isə eyni xalla 9-cu yerdədir. Xalların bərabər olması oyuna marağı bir az da artırır.
10 mart
17:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu