AZ

Qızım ölümlə təhdid edilir - DİN RƏHBƏRİNƏ MÜRACİƏT

Bakı Şəhər sakini Hacıyeva Qaratel Şaban qızı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Gununsesi.info vasitəsilə nazirə müraciət edən Qaratel Hacıyeva qızı Hacıyeva Aysel Sultan qızının ölümlə təhdid edilməsindən bəhs edib.

Həmin müraciətdə deyilir: 

Cənab nazir!

Bildirirəm ki, qızım Aysel Hacıyeva 2 il qeyri-rəsmi nigahda birgə yaşadığı Əsgərov Hüseyn Rafiq oğlu tərəfindən ölümlə təhdid edilir. Hüseyn polis əməkdaşı olduğu üçün  özünü daima  cəzasızlıq mühitində hiss edib.

Ötən müddət ərzində qızımın onunla bağlı davamlı şikayətləri polis və prokurorluq orqanlarında araşdırılıb. Qızımın həyatı üçün real təhlükə yaratması təsdiq olunduğu üçün nəticədə Hüseyni sərəncama götürüblər. Ancaq bu cəza da ona yetərli deyil. Belə ki, küçədə, ictimai yerlərdə qızımı izləyir,  hər dəfə ona hücum edir.

Dəfərlərlə döyüb, avtomobilini zədələyib.  Hazırda prokurorluqda döyülməsi barədə araşdırma aparılır.

Əksər vaxtlar çağırışlara belə getmir.  Onun çalışdığı idarənin rəisi də bu barədə məlumatlıdır.

Hazırda qızım iki az yaşlı övladları ilə birlikdə yaşadığı evi tərk edib. Hazırda başqa yerdə kirayədə qalır. Uşaqları bir neçə aydır ki, məktəbə getmir. Qızımı tapmaq üçün onun azyaşlı uşaqlarına zənglər edir. Bununla bağlı uşaqların atası da DİN-nə şikayət edib. Bir sözlə düşdüyümüz vəziyyət inanılası deyil.

O, qızımdan tələb edir ki, şikayətləri geri götürsün və onunla barışsın. Sonuncu dəfə martın 7-də qızımın dostları ilə oturduğu məkana gedərək, onun qarşısını kəsib hədələyib.  Nəticədə qızımı xəstəxanaya aparıblar.

Sizdən bir ana kimi xahiş edirəm ki, bu barədə ciddi ölçü götürülsün.

Hazırda qızımın döyülməsi ilə bağlı şikayətinə Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Digər şikayəti isə Nəsimi Rayonu 19 saylı polis bölməsindədir.

 

Məsələ ilə bağlı Hüseyn Əsgərovun özünün mövqeyini öyrənməyə çalışsaq da  buna nail ola bilmədik.

 

Seçilən
43
hurriyyet.az

1Mənbələr