AZ

"Sumqayıt" 2025-ci ildə ilk qolunu vurdu

"Sumqayıt" 2025-ci ildə ilk qolunu vurub. 

Apasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi buna Misli Premyer Liqasının XXVI turunun “Kəpəz”lə matçında nail olub. 

Komanda bununla da, 11 oyunluq uğursuz seriyaya son qoyub. Belə ki, "Sumqayıt" sonuncu dəfə 2024-cü il dekabrın 8-də fərqlənib.

"Neftçi" ilə matçda (2:0) son nöqtəni Cordan Rezabala qoyub. Həmin görüşdən sonra "bənövşəyilər" 92 gün rəqib qapısının torunu silkələyə bilməyib. 

3 ay 2 günlük uğursuzluğu "Kəpəz"lə oyunun 20-ci dəqiqəsində Roi Kehat sonlandırıb.

Qeyd edək ki, "Sumqayıt" bu mövsüm 26 matçda 16 dəfə fərqlənib.

Tarixdə 60-cı, “Qarabağ” üçün 21-ci - Statistika

Azərbaycan millisi İsveç yığması ilə indiyədək 4 dəfə qarşılaşıb - Statistika

"Tottenhem" "Çelsi"nin futbolçusunu transfer etməyə hazırlaşır

De Xea Ərəbistana gedir

Serbiya klubu “Kral klubu”nun rekordunu qırdı

Seçilən
26
apasport.az

1Mənbələr