Polis əməkdaşları tərəfindən ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Ağdaş rayonu ərazisində keçirilən növbəti tədbir zamanı tullantıların urnalardan kənara atılması aşkar edilib.
Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məişət tullantılarının kənar yerlərə atılmasına görə rayon sakini olan 3 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb. Bundan başqa rayonun Dəhnəxəlil kəndi ərazisində ağac kəsilməsi faktı aşkarlanıb. Qanunsuz ağac kəsdiklərinə görə 2 nəfər barəsində araşdırma aparılır.