"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Floryan Virts zədələnib.
Publika.az xəbər verir ki, bu səbəbdən o, martın 11-də keçiriləcək Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bayern"lə cavab oyununu buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Lakin onun hansı müddətə meydanlardan uzaq qaldığı barədə açıqlama verilməyib.
140 milyon avro dəyəri olan 21 yaşlı futbolçu bu mövsüm 39 matçda 15 qol vurub və 13 məhsuldar ötürmə edib.