AZ

Tusk Maska cavab verdi: Təkəbbürlük etmə

Martın 10-da Polşanın baş nazir Donald Tusk xarici işlər naziri Radoslav Sikorski, SpaceX-in baş direktoru İlon Mask və ABŞ dövlət katibi Marko Rubio arasında yaranan qarşıdurmaya cavab verib.

XəzərNews.az xəbər verir ki, o bu barədə Twitter-də yazıb.

"Əsl liderlik partnyorlara və müttəfiqlərə hörmət deməkdir. Hətta daha kiçik və zəif olanlara da... Və heç vaxt təkəbbürlük etmə. Əziz dostlar, bu barədə düşünün!", – deyə yazıb Polşa hökumət başçısı.

Qeyd edək ki, martın 9-da Mask X-də yazıb ki, onun “Starlink” peyk internet sistemi Ukrayna ordusunun müdafiə qabiliyyətinin əsasını təşkil edir və onun əlaqəsi kəsilərsə, Ukraynada cəbhə dağılacaq.

Sikorski deyib ki, Polşa Ukraynaya görə Starlink üçün ildə təxminən 50 milyon dollar ödəyir və lazım gələrsə, alternativ tapacaq.

"Sus, balaca adam. Xərclərin bir hissəsini ödəyirsən. Və Starlink-in əvəzi yoxdur", - deyə Mask cavab verib.

Dialoq ABŞ dövlət katibi Marko Rubionun reaksiyasına səbəb olub. O, Sikorskini "hər şeyi uydurmaqda" günahlandırıb:

"Heç kim Ukraynanı Starlinkdən kəsməklə hədələmədi. Starlink olmasaydı, Ukrayna bu müharibəni çoxdan uduzardı və ruslar indi Polşa ilə sərhəddə olardılar".





Xəbər 6 dəfə oxunub.
Seçilən
30
xezernews.az

1Mənbələr