AZ

İran Trampın yalanını ortaya çıxardı: “Məktub almamışıq”

İran ABŞ-dan Tehranın nüvə proqramı ilə bağlı məktub almayıb.

KONKRET.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi həftəlik mətbuat konfransında bildirib:

“Xeyr, məktub alınmayıb”, – deyə o, əlavə edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xomeneiyə məktub göndərdiyini açıqlamış və əlavə etmişdi ki, o, İranın nüvə problemini hərbi yolla həll etməyə çalışmaqdansa, Tehranla sövdələşməyə üstünlük verir.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
11
konkret.az

1Mənbələr