AZ

İtkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistan hələ də qeyri-konstruktiv mövqe sərgiləyir - DTX rəisi

Bakı. Trend:

İtkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistanhələ də qeyri-konstruktiv mövqe sərgiləyir.

Trend xəbərverir ki, bu barədə martın 10-da Dövlət Təhlükəsizliyi Xidmətininrəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarlaəlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüşşəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru xanımKatrin Bombergeri qəbul edərkən deyib.

Dövlət Komissiyasının sədri Əli Nağıyev AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindəsaxladığı itkin soydaşlarımızın axtarışı məsələsi ilə bağlıKomissiyanın qarşısında qoyduğu vəzifələrin icrası yönündə davametdirilən təxirəsalınmaz tədbirlərdən, Qarabağ münaqişəsinəticəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyənedilərək ekshumasiyası və tapılmış meyit qalıqlarınıneyniləşdirilməsi istiqamətində görülən işlərdən ətraflı bəhsetmişdir. Xidmət rəisi, eyni zamanda itkin şəxslərin taleyininaydınlaşdırılması sahəsində Ermənistanın əməkdaşlıq etməkniyyətində olmadığını və hələ də qeyri-konstruktiv mövqesərgilədiyini bildirib.

Komissiya sədri Əli Nağıyev Beynəlxalq KomissiyanınQiymətləndirmə missiyası tərəfindən tərtib edilərək Azərbaycantərəfinə təqdim olunmuş itkin düşmüş şəxslərin axtarışı imkanlarınıözündə əks etdirən hesabat barədə də fikirlərini çatdırmış,sözügedən təşkilatın Dövlət Komissiyasının işinə göstərdiyi dəstəyəgörə minnətdarlıq edib.

Seçilən
19
19
az.trend.az

10Mənbələr