Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, martın 10-16-da müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 Sərbəst güləş üzrə beynəlxalq turnir – 7-10 mart (Rusiya, Yakutsk);
🔹 Güllə atıcılığı üzrə Avropa çempionatı (10 metr) – 7-13 mart (Xorvatiya, Osijek);
🔹 WKF üzrə Karate 1 Premyer Liqanın turniri – 8-10 mart (Türkiyə, Antalya);
🔹 Qadın güləşi üzrə U23 Avropa çempionatı – 8-14 mart (Albaniya, Tirana);
🔹 Yunan-Roma güləşi üzrə U23 Avropa çempionatı – 10-16 mart (Albaniya, Tirana);
🔹 Stolüstü tennis üzrə “WTT YOUTH CONTENDER” – 10-16 mart (Almaniya, Berlin);
🔹 Stolüstü tennis üzrə “WTT YOUTH CONTENDER” – 10-16 mart (Çexiya, Havirov);
🔹 Badminton üzrə “YONEX All England Open Badminton Championships 2025” – 11-16 mart (İngiltərə, Birminqam);
🔹 Həndbol üzrə inkişaf etməktə olan ölkələrin dünya çempionatı – 11-16 mart (Bolqarıstan, Varna);
🔹 Batut gimnastikası üzrə beynəlxalq turnir – 11-17 mart (Rusiya, Soçi);
🔹 Badminton üzrə “XXIII Torneo Internacional Giraldilla 2025” – 12-16 mart (Kuba, Havana);
🔹 Batut gimnastikası üzrə beynəlxalq turnir – 13-16 mart (Hollandiya, Aalsmeer);
🔹 Badminton üzrə “IBERDROLA Spanish Junior Open 2025” – 13-16 mart (İspaniya, Oviedo);
🔹 Paraüzgüçülük üzrə Dünya seriyası – 13-16 mart (İtaliya, Liqnano Sabbiadoro);
🔹 Şose üzrə "Tour of Roedes Powered by Rodos Palace" beynəlxalq velosiped yarışı (Elit/U23) (UCI 2.2) – 13-16 mart (Yunanıstan);
🔹 Xizək alpinizmi üzrə yeniyetmələrin Dünya Kuboku – 13-17 mart (Norveç, Molde);
🔹 Qılıncoynatma (sablya) üzrə yarış – 14-16 mart (Rusiya, Moskva);
🔹 Bilyard üzrə “EEBC Pyramid Tour” beynəlxalq yarış – 14-16 mart (Çexiya, Praqa);
🔹 Şahmat üzrə kişilər arasında Avropa çempionatı – 14-27 mart (Rumıniya);
🔹 Atletika üzrə Avropa Kuboku – 15-16 mart (Kipr, Nikosiya);
🔹 Bədii gimnastika üzrə beynəlxalq turnir – 15-16 mart (Almaniya, Fellbax-Şmiden);
🔹 Cüdo üzrə (kişilər, qadınlar, gənc oğlanlar və qızlar arasında) Avropa Kuboku – 15-16 mart (Latviya, Riqa);
🔹 Cüdo üzrə yeniyetmə oğlanlar və qızlar arasında Avropa Kuboku – 15-16 mart (Xorvatiya, Porec);
🔹 Taekvondo üzrə “Belgian Open” – 15-16 mart (Belçika, Lommel);
🔹 WKF üzrə “44-cü Grand Prix” Slovakiya beynəlxalq turniri – 15-17 mart (Slovakiya, Bratislava);
🔹 Triatlon üzrə sprint yeniyetmələr arasında Avropa kuboku – 16 mart (İspaniya, Melilla);
🔹 Paradağ xizəyi üzrə beynəlxalq turnir – 11-17 mart (Avstriya, Jerzens);
🔹 Paradağ xizəyi üzrə Dünya Kuboku – 12-16 mart (İtaliya, Sella Nevea).
İdman.biz