AZ

"Palmer yuxudan oynanandan sonra onu meydana buraxmağımı xahiş etdi" - Entso Mareska

"Çelsi"nin baş məşqçisi Entso Mareska komandasının hücumçusu Koul Palmerin İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində dünən "Lester"ə qarşı keçirdikləri matçda (1:0) meydana xəstə halda çıxdığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "zadəganlar"ın rəsmi saytı belə çatdırıb:

"Koul oyundan öncə məşq etməmişdi. Gecə vəziyyəti yaxşı deyildi, ona görə də məşqə qatılmadı. İki gün idi ki, özünü pis hiss edir, qızdırmadan əziyyət çəkirdi. Amma Palmer oyun günü yuxudan oyanandan sonra məndən onu meydana buraxmağımı xahiş etdi. Çünki komandasının Çempionlar Liqasında oynamasına yardımçı olmaq istəyir. Bu fakt oyunçuların klublarını haqq etdikləri yüksəkliklərə daşımağa necə can atdıqlarına sübutdur".

Nihat

Seçilən
23
fanat.az

1Mənbələr