Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəriçərçivəsində martın 10-da bu ölkə parlamentinin sədri ŞalvaPapuaşvili ilə görüşüb.
Parlamentdən Trend-ə verilənməlumata görə, Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətləsalamlayan Şalva Papuaşvili, bu səfərin Gürcüstanda keçirilənparlament seçkilərindən və yeni çağırış parlamentin fəaliyyətəbaşlamasından sonra qanunvericilik orqanının rəhbəri səviyyəsindəilk rəsmi səfər olduğunu bildirib.
O, bunu ölkələrimiz arasında yüksək səviyyəli dostluqmünasibətlərinin göstəricisi kimi qiymətləndirib.
Şalva Papuaşvili Azərbaycana səfərlərini məmnunluqlaxatırlayaraq, deyib ki, intensiv səfərlər və sıx qarşılıqlıtəmaslar münasibətlərin daha da genişlənməsini şərtləndirib. O,ölkəmizin Gürcüstana verdiyi dəstəyə görə Azərbaycan hökumətinətəşəkkür edib.
Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyəliqonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Gürcüstanparlamentinə keçirilən seçkilər və yenidən parlamentin spikeriseçilməsi münasibətilə təbriklərini çatdırıb. O, bu səfərin MilliMəclisin sədri kimi Gürcüstana ikinci rəsmi səfəri olduğunubildirib və keçirilən görüşlərin əlaqələrin daha da genişlənməsinətöhfə verəcəyinə inamını ifadə edib.
Azərbaycan və Gürcüstanın dost və tərəfdaş ölkələr olduğunusöyləyən Milli Məclisin sədri deyib ki, bu dostluq münasibətləriilk növbədə xalqlarımızın iradəsindən qaynaqlanır. Xalqlarımızəsrlər boyu bir yerdə olub, dostluq, qardaşlıq, mehriban qonşuluqşəraitində yaşayıblar. Spikerin sözlərinə görə, AzərbaycanPrezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, AzərbaycanlaGürcüstan arasındakı siyasi əlaqələr bütün qonşular üçün nümunə olabilər.
Qeyd olunub ki, Azərbaycan-Gürcüstan dostluğu və stratejitərəfdaşlığı böyük enerji və nəqliyyat layihələrinin həyatakeçirilməsinə imkan yaradıb. Bu layihələr xalqlarımızınmənafelərinə xidmət edib, Cənubi Qafqazın sabitliyinə, inkişafınatöhfə verib. Eyni zamanda, daha geniş regionda – Avrasiya məkanındamühüm amilə çevrilib və yeni imkanlar yaradıb.
Söhbət zamanı ölkələrimizin və xalqlarımızın bir-birinəqarşılıqlı dəstəyi və həmrəyliyi də xüsusi qeyd edilib. O cümlədən,ərazi bütövlüyü, suverenlik məsələlərinə münasibətdə tərəflərinbirmənalı mövqe ortaya qoyduğu vurğulanıb.
Görüşdə dost və qonşu ölkələrimiz arasında yüksək səviyyəlimünasibətlərin parlamentlər müstəvisində də uğurla davametdirildiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan və Gürcüstanarasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkibhissələrindən biridir və bu gün qanunvericilik orqanlarımızarasında həqiqətən çox səmərəli əməkdaşlıq qurulub. Dostluqqrupları ilə yanaşı, parlament komitələri arasında da əməkdaşlıqbaxımından yaxşı təcrübələr mövcuddur. Söhbət zamanı Azərbaycan vəGürcüstan parlamentarilərinin beynəlxalq platformalarda bir-birinəqarşılıqlı dəstəyinin və birgə fəaliyyətinin əhəmiyyəti qeydolunub.
Söhbət zamanı, həmçinin regionda vəziyyət, sülh və sabitliyintəmin olunmasının vacibliyi ilə bağlı da fikir mübadiləsi aparılıb.Spiker Sahibə Qafarova, həmçinin beynəlxalq münasibətlər sistemindəmövcud olan ikili standartların, ölkələrə qarşı qərəzli, ədalətsizyanaşmaların yolverilməz olduğu ilə bağlı fikirlərinisəsləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikirmübadiləsi aparılıb.
Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova Xatirəkitabını imzalayıb.