10-16 Mart tarixlərində bəzi bürcləri pul, sevgi və şans gözləyirMetbuat.az bu həftənin ən uğurlu bürclərini təqdim edir: Əkizlər Əkizlər bürcünü bu həftə maliyyə sahəsində müsbət xəbərlər gözləyir. İnvestisiyalar, büdcə planlamaları və qənaət addımları müsbət nəticələr verə bilər. Maddi imkanlarınız artacaq və sizə yeni gəlir mənbələri yarana bilər. Uğurlu bir həftə sizə yaxşı nəticələr gətirəcək.Buğa Buğa bürcü üçün bu həftə böyük bir sevgi vəd edilir. Bu günlərdə həyatınızda romantik bir dönəm başlaya bilər. Qarşınıza çıxan insana açıq olun və ona şans verin. Eşq, həyatınızda sizi həyəcanlandıracaq və sevinc gətirəcək.Şir Şirlər bu həftə pul məsələlərində çox şanslı olacaq. Əlləriniz pulla dolacaq və iş dünyasında uğurlu bir dönəm yaşaya bilərsiniz. Ancaq pulunuzu düzgün yerə xərcləməyə diqqət edin. Təkliflər və şanslar önünüzdə açılacaq, amma onları düzgün qiymətləndirməlisiniz.Xərçəng Xərçənglər üçün bu həftə yeni bir iş təklifi və ya vəzifə yüksəlişi gözlənilir. Yeni imkanlar və təkliflər qarşısında diqqətli olun. Bu qərarlar gələcəyiniz üçün mühüm ola bilər. Təklifləri diqqətlə dəyərləndirərək karyeranızda mühüm addımlar ata bilərsiniz.