12 yaşadək oğlan basketbolçular arasında Azərbaycan çempionatı start götürüb.

Offsideplus.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 12 kollektiv mübarizə aparır. 

Çempionata Azərbaycan Basketbol Liqasında (ABL) çıxış edən 12 klubun uşaq komandaları qatılıb.

Reqlamnetə əsasən, yarış ABL-də olduğu kimi, A və B qruplarında keçirilir. Komandalar öz qruplarında hər bir rəqiblə 2 görüşdə qüvvələrini sınayacaqlar.

10 turdan ibarət qrup mərhələsində 1-2-ci yeri tutanlar birbaşa pley-offa vəsiqə qazanacaqlar. Qruplarda 3-6-cı yerdə qərarlaşanlar isə 4 cütlüyə bölünərək, pley-offun daha 4 iştirakçısını müəyyənləşdirəcəklər.

A qrupu: "Sabah" BK U-12, "Naxçıvan" BK U-12, "Neftçi" İK U-12, "Abşeron" BK U-12, "Sərhədçi" PİK U-12, NTD BK U-12

B qrupu: "Gəncə" BK U-12, "Şəki" BK U-12, "Ordu" İK U-12, "Sumqayıt" BK U-12, "Quba" BK U-12, "Lənkəran" BK U-12