
“Rusiya özünü bərpa etmək üçün Ukraynaya qarşı müharibədə fasilə əldə etmək istəyir.İndi ruslar istehsal etdiklərini maksimuma çatdırıblar”.
Reyting.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
“Ruslara sağlamlığı bərpa etmək üçün fasilə lazımdır. Bunun üçün bütün əlamətlər var. Onlar istehsalı maksimum həddə çatdırıblar. Artıq istehsal olunandan çox istehsal etmək mümkün deyil”, - Budanovəlavə edib.
Onun iddiasına görə, bir günlük müharibə Rusiyaya təxminən bir milyard dollara başa gəlir.
“Bunun nə qədər pul olduğunu başa düşürsünüzmü? Rəsmi büdcənin 41 faizini təşkil edir”, - Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi vurğulayıb.
Budanov qeyd edib ki, Ukraynadan fərqli olaraq ruslar öz pullarını xərcləməlidirlər: “Bizim bununla bağlı tərəfdaşlarımız var və onlar öz vəsaitlərini xərcləyirlər”.
Bundan əvvəl Prezident Aparatı rəhbərinin müşaviri Serxi Leşenko bəyan etmişdi ki, Ukrayna Rusiya ilə quruda atəşkəs ideyasına qarşıdır. O qeyd edib ki, Rusiya öz gücünün bərpası üçün fasilədən istifadə edə bilər.
ELÇİN