AZ

Azərbaycan ümumbəşəri narkotiklər probleminin həlli istiqamətində üzərinə düşən öhdəliklərinə sadiqdir - Şahin Bağırov (FOTO)

Bakı. Trend:

Martın 10-da Avstriya Respublikasının paytaxtı Vyana şəhərindəBMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 68-ci sessiyası özişinə başlayıb.

Trend xəbər verir ki,tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri,gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilənümayəndə heyəti iştirak edir.

Sessiyanın yüksək səviyyəli seqmentində çıxış edən Dövlət GömrükKomitəsinin sədri Şahin Bağırov Azərbaycan Respublikasınınqoşulduğu BMT-nin 3 əsas konvensiyaları və digər sənədləri iləümumbəşəri narkotiklər probleminin həlli istiqamətində üzərinədüşən öhdəliklərinə sadiq olduğunu, Azərbaycanda güclü siyasi iradəvə prinsipial mövqe sərgilənməklə narkomanlığa və narkotikvasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizəaparıldığını vurğulayıb. Eyni zamanda, bu sahədə dövlət siyasətinihəyata keçirən Azərbaycan Respublikası Narkomanlığa və NarkotikVasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə DövlətKomissiyası tərəfindən dəyişən, yeni təhdid və çağırışlara çevikreaksiya verməklə görülən kompleks tədbirlər, Azərbaycanınhüquq-mühahizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılannarkotiklər barədə məlumat verib.

Sessiyada ümumbəşəri bəla olan narkotiklərlə mübarizə üzrəbeynəlxalq müqavilələrin icrası, narkotik probleminin həlli və onaqarşı mübarizə aparmaq üçün 2019-cu il tarixli Nazirlər Bəyanatındaəks olunan bütün öhdəliklərin milli, regional və beynəlxalqsəviyyələrdə icrasına nəzarət və digər məsələlər müzakirəolunacaq.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
18
az.trend.az

1Mənbələr