Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35 ünvanında keçirilən qəbulda Millət vəkilinin seçildiyi 26 saylı Sabunçu birinci seçki dairəsi ərazisində yaşayan sakinlərlə yanaşı digər rayonlardan gələn vətəndaşlar da iştirak ediblər.
Vətəndaşları fərdi şəkildə qəbul edən Millət vəkili, onları diqqətlə dinləyib, narahat olduqları məsələlərlə yaxından tanış olub.
Qəbul iştirakçılarının müraciəti başlıca olaraq məşğulluq, sosial müdafiə, pensiya, səhiyyə, işə bərpa və digər məsələlərlə bağlı olub.
Seçicilərin, eləcə də digər vətəndaşların fərdi və ümumi problemlərini dinləndikdən sonra Millət vəkili, qanunvericiliyə uyğun olan müraciətlərin nəzarətə götürülməsi ilə bağlı tapşırıqlar verib və qısa zamanda qaldırılan məsələlərlə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyatl üzrə müraciət ediləcəyini onların diqqətinə çatdırıb.