AZ

Ukrayna ordusu Rusiyanın iki vilayətinə hücum etdi

Ukrayna Silahlı Qüvvələri eyni vaxtda Belqorod və Kursk vilayətlərinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqramda məlumat yayıb.

Moskva vaxtı ilə saat 15:20-dən 15:40-a qədər bölgələrin səmasında iki pilotsuz təyyarə vurulub.

Hər iki pilotsuz təyyarə növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Nazirlik başqa təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, martın 10-da səhər saatlarında Belqorod vilayətinin başçısı Vyaçeslav Qladkov Ukraynanın hücumu nəticəsində bir mülki şəxsin həlak olması barədə məlumat vermişdi.
Seçilən
21
sherg.az

1Mənbələr