AZ

Qırmızıdan keçən sürücü toqquşmadan yayınarkən MAŞINI AŞIRDI - VİDEO

Qaydanı pozan sürücü ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Belə ki, İbrahim A.-nın idarə etdiyi 16-ADL-39 dövlət nömrə nişanlı avtomobil işıqforun qırmızı işığından keçib. Hərəkətdə olan başqa bir maşınla toqquşmamaq üçün manevr edən sürücü maşını əvvəlcə dirəyə, daha sonra səkidəki ağaca vuraraq aşırıb.

Qəzada İbrahim A. ağır, sərnişin Erhan K. isə yüngül xəsarət alıb. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Sözügedən qəzanın videosunu təqdim edirik:

Namiq Musayev

Seçilən
17
avtosfer.az

1Mənbələr