AZ

Premyer Liqa: “Sumqayıt” həsrətə “Kəpəz”lə matçda son qoydu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 26-cı turunun növbəti qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Sumqayıtda baş tutub.

Günün ilk oyunu Sumqayıtda keçirilib. Burada “Sumqayıt” “Kəpəz”i qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunmuş qarşılaşmanı İnqilab Məmmədov idarə edib.

Ardıcıl dörd oyundur uduzan, uzun müddətdir qola və qələbəyə həsrət qalmış “Sumqayıt” uğursuz gedişata bu oyunda son qoymaq istəyirdi. Ötən tur “Neftçi”yə qalib gəlməklə “Sumqayıt”la xallarını (22) bərabərləşdirmiş “Kəpəz” də 6 xallıq oyundan uğurlu nəticə ilə ayrılmaq niyyətindəydi.

Bu, “Sumqayıt”la “Kəpəz”in milli çempionatdakı 31-ci qarşılaşması olub. Əvvəlki 30 oyunda sumqayıtlılar 12, gəncəlilər 7 qələbə qazanmışdılar, 11 görüş sülhlə bitmişdi. “Sumqayıt” son 4 ev oyununda bu rəqibinə qol vurmuşdu. “Kəpəz” son 3 matçda qalib gəlməmişdi.

Elə bu oyunda da sevinən tərəf məhz “Sumqayıt” olub.

Premyer Liqa
26-cı tur
10 mart

“Sumqayıt” – “Kəpəz” 3:0
Qollar: Roi Kehat, 20; 51. Nihad Əhmədzadə, 90+4.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.

Sumqayıt: 36. Xəyal Fərzullayev, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobir Abduholikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.

Kəpəz: 1. Rojerio Santos, 99. Əli Səmədov, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça.
Baş məşqçi: Azər Bağırov.

Seçilən
39
arena.az

1Mənbələr