AZ

“Sumqayıt” “Kəpəz”i məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “Sumqayıt” doğma meydanda eyni xala (22) malik olduğu “Kəpəz”lə üz-üzə gəlib. Bu görüşdə meydan sahibləri darmadağınla qalib gəliblər.

Turun qapanış matçında isə “Neftçi” “Turan Tovuz”u qəbul edir.

Daha öncə “Araz-Naxçıvan” “Qarabağ”a (1:3) uduzub, “Şamaxı” “Sabah”a, “Zirə” isə “Səbail”ə eyni hesabla (1:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası
26-cı tur
10 mart

“Sumqayıt” – “Kəpəz” 3:0
Qollar: Roi Kehat, 20; 51. Nihad Əhmədzadə, 90+4.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.

Seçilən
11
2
qafqazinfo.az

3Mənbələr