AZ

"Ən zəif oyunumuzu keçirdik" - Azər Bağırov

style='margin-bottom:10px;'>

"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 26-cı turunda "Sumqayıt"a 0:3 hesabı ilə uduzduqları matçı şərh edib. 

QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib: 

"7-8 tur ərzində ən zəif oyunumuzu keçirdik. Qol vura bilməyəndə avtomatik pis duruma düşürük. İlk yarıda qol vəziyyətlərimiz oldu. Amma dəyərləndirə bilmədik. Deyərdim ki, iki fərqli hissə oldu. İkinci hissə komandanı heç bəyənmədim. Verilən tapşırıqları icra edə bilmədik. Çatışmazlıqları tapıb aradan qaldırmalıyıq".

Seçilən
42
teleqraf.com

1Mənbələr