AZ

Bolqarıstan “Black Sea Energy” layihəsində pay almağı planlaşdırır

İnkişaf etmiş elektrik ötürmə sistemi, qonşu ölkələrlə qarşılıqlı əlaqələr və enerji saxlama infrastrukturu sayəsində Bolqarıstan Qara dəniz vasitəsilə keçəcək Xəzər dənizi – Avropa "yaşıl enerji dəhlizi" layihəsinin (“Black Sea Energy”) inkişafında mühüm rol oynaya bilər.

“Report” Bolqarıstanın Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə nazir Jeço Stankov Budapeştdə layihənin vəziyyətinin müzakirəsinə həsr olunmuş 10-cu nazirlər görüşündə bildirib.

"Stankov bəyan edib ki, Bolqarıstan bu təşəbbüsü (“Black Sea Energy”) əvvəldən dəstəkləyib və layihəyə qoşulma proseduruna başlayır. O izah edib ki, “Bulgarian Energy Holding EAD” layihənin texniki-iqtisadi əsaslandırılması üzrə korporativ müzakirələrə qoşulacaq və nəticədə GECO Power Company birgə müəssisəsində pay əldə edəcək", - məlumatda qeyd olunub.

Stankov həmçinin deyib ki, bu təşəbbüs Cənub-Şərqi Avropaya "yaşıl enerji” ticarətinin geniş imkanlarından, bərpa olunan enerji mənbələri sektorunun inkişafından və enerji təhlükəsizliyinin gücləndirilməsindən faydalanmağa imkan verəcək.

2023-cü ildə Bolqarıstan Nazirlər Şurası “Bulgarian Energy Holding EAD” şirkətinin “Black Sea Energy” layihəsinin həyata keçirilməsi üçün yaradılmış birgə müəssisədə pay əldə etdiyini təsdiqləyib.

Xəbər verildiyi kimi, birgə müəssisənin təsisçi tərəfdaşları “Transelectrica (Rumıniya), “Georgian State Electrosystem” (Gürcüstan), “Azerenerji” (Azərbaycan) və “MVM Energy” (Macarıstan) şirkətləridir.

İlkin mərhələdə kabel 4 QVt "yaşıl enerji”nin ixracı üçün nəzərdə tutulacaq.

2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan 1 QVt gücündə və 1195 km uzunluğunda “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi üzrə strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

Bolqarıstan 2023-cü ilin iyun ayında layihəyə qoşulmaq niyyətində olduğunu açıqlayıb. 

2024-cü ilin mayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları “Black Sea Energy” layihəsinin həyata keçirilməsi çərçivəsində birgə müəssisənin yaradılması haqqında memorandum imzalayıb. Sentyabrda dörd ölkənin enerji operatorları - "Azərenerji" ASC, “Transelectrica SA”, "Gürcüstan Dövlət Elektrosistemi" və MVM arasında bu layihəni həyata keçirəcək “Green Energy Corridor” birgə müəssisəsinin təsis edilməsi haqqında səhmdar müqaviləsi imzalanıb.

"Qara dəniz enerji kabeli"nin tikintisi 3,5 milyard avro dəyərində qiymətləndirilir və 3-4 il çəkəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

Tikinti işlərinin 3-4 il ərzində tamamlanması gözlənilir. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

Seçilən
50
34
report.az

10Mənbələr